Rusiyada seçki və referendumlarda səsvermənin üç gün ərzində keçirilməsinə icazə verən qanun qəbul olunub

Rusiyada seçki və referendumlarda səsvermənin üç gün ərzində keçirilməsinə icazə verən qanun qəbul olunub
# 21 iyul 2020 14:34 (UTC +04:00)

Rusiya Dövlət Duması seçkilərdə və referendumlarda üçgünlük səsvermə haqqında qanunu qəbul edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dövlət Duması seçkilərdə və referendumlarda səsvermənin üç gün ərzində keçirilməsinə icazə verən qanunu üçüncü oxunuşda qəbul edib.

Qanunun lehinə 344, əleyhinə isə 51 deputat səs verib.

Qeyd edək ki, bu il Rusiya Konstitusiyasına edilən düzəlişlərlə bağlı ümumxalq səsverməsi bir həftə ərzində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR