Rusiyada silsilə cinayətlərdə ittiham olunan qubernator saxlanılıb - VİDEO

Rusiyada silsilə cinayətlərdə ittiham olunan qubernator saxlanılıb - VİDEO
# 09 iyul 2020 10:58 (UTC +04:00)

Rusiyanın Xabarovsk diyarının qubernatoru Sergey Furqal hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, qubernator silsilə cinayətlərdə ittiham olunur.

Onun mütəşəkkil cinayətkar dəstə ilə əlbir olaraq Xabarovsk diyarı və Amur vilayətində 2004-2005-ci illərdə iş adamlarına qarşı qətl cinayətləri törətməkdə şübhəli olduğu bildirilib.

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko qeyd edib ki, S. Furqalın Xabarovsk və Primorsk diyarlarında və Amur vilayətində digər xüsusi ağır cinayətlərdə əlinin olub-olmaması da yoxlanılır.

S. Furqalın barəsində cinayət işi başlanılıb, onun artıq Moskvaya göndərildiyi bildirilib.

Qeyd edək ki, S. Furqal 2018-ci ildən Xabarovsk diyarının qubernatorudur. O, Rusiya Liberal Demokrat Partiyasından namizədliyini irəli sürərək seçkilərdə 70 faiz səs toplayıb. S. Furqal Rusiya Dövlət Dumasının deputatı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR