Rusiyada son sutka ərzində 334 nəfər koronavirusdan ölüb

Rusiyada son sutka ərzində 334 nəfər koronavirusdan ölüb
  • Clock-gray 11:55
  • calendar-gray 31 Oktyabr 2020

Rusiyada son sutka ərzində daha 18 140 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 618 116 nəfərə çatıb.

Son sutka ərzində 334 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 27 990 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Fərid Əkbərov

Digər xəbərlər