Rusiyada son sutka ərzində daha 8212 nəfər COVID-19-a yoluxub, 357 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 8212 nəfər COVID-19-a yoluxub, 357 nəfər ölüb
# 04 aprel 2021 12:02 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8212 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 580 894 nəfərə çatıb.

Son sutka ərzində 357 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 100 374 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR