Rusiyada son sutkada 12604 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 12604 nəfər koronavirusa yoluxub
  • Clock-gray 12:04
  • calendar-gray 22 Fevral 2021

Rusiyada son sutka ərzində daha 12 604 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 177 330 nəfərə çatıb.

Son sutka ərzində 337 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 83 630 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Fərid Əkbərov

Digər xəbərlər