Rusiyada son sutkada 15099 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada  15099 nəfər koronavirusa yoluxub
# 18 oktyabr 2020 11:52 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 15 099 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 399 334 nəfərə çatıb.

Son sutka ərzində 185 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə bu ölkədə koronavirusdan ölənlərin sayı 24 187 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR