Rusiyada son sutkada 16 550 nəfər koronavirusa yoluxub, 320 nəfər ölüb

Rusiyada son sutkada 16 550 nəfər koronavirusa yoluxub, 320 nəfər ölüb
# 27 oktyabr 2020 12:19 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 16 550 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 547 774 nəfərə çatıb.

Son sutka ərzində 320 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 26 589 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR