Rusiyada son sutkada 1786 nəfərdə koronavirus aşkarlanıb, 18 nəfər ölüb

Rusiyada son sutkada 1786 nəfərdə koronavirus aşkarlanıb, 18 nəfər ölüb
  • Clock-gray 11:32
  • calendar-gray 10 Aprel 2020

Rusiyada son sutka ərzində koronavirusa 1786 yeni yoluxma faktı qeydə alınıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Operativ Qərargahın məlumatda bildirilir ki, ümumi yoluxanların sayı 11917 nəfərə çatıb.

Son sutka ərzində ölənlərin sayı isə 18 nəfərdir.

Rusiya ərazisində indiyədək koronavirusdan 94 nəfərin öldüyü açıqlanıb. Sağalanların ümumi sayı 795 nəfərdir.

Fərid Əkbərov

Digər xəbərlər