Rusiyada son sutkada 18 257 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 18 257 nəfər koronavirusa yoluxub
# 02 noyabr 2020 11:58 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 18 257 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 655 038 nəfərə çatıb.

Son sutka ərzində 238 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 28 473 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR