Rusiyada son sutkada 20 985 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutkada 20 985 nəfər COVID-19-a yoluxub
  • Clock-gray 12:40
  • calendar-gray 18 Noyabr 2020

Rusiyada son sutka ərzində daha 20 985 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 991 998 nəfərə çatıb.

Son sutka ərzində 456 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 34 387 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Fərid Əkbərov

Digər xəbərlər