Rusiyada son sutkada 20498 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 20498 nəfər koronavirusa yoluxub
# 08 noyabr 2020 11:55 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 20 498 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 775 334 nəfərə çatıb.

Son sutka ərzində 286 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 30 537 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR