Rusiyada son sutkada 21 734 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 21 734 nəfər koronavirusa  yoluxub
# 19 yanvar 2021 12:15 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 21 734 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 3 612 800 nəfərə çatıb.

Son sutka ərzində 586 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 66 623 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR