Rusiyada son sutkada 23 675 nəfər koronavirusa yoluxub, 507 nəfər ölüb

Rusiyada son sutkada 23 675 nəfər koronavirusa yoluxub, 507 nəfər ölüb
# 25 noyabr 2020 11:49 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 23 675 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 162 503 nəfərə çatıb.

Son sutka ərzində 507 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 37 538 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR