Rusiyada son sutkada 26 689 nəfər COVID-19-a yoluxub, 577 nəfər ölüb

Rusiyada son sutkada 26 689 nəfər COVID-19-a yoluxub, 577 nəfər ölüb
# 15 dekabr 2020 12:39 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 26 689 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 707 945 nəfərə çatıb.

Son sutka ərzində 577 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 47 968 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR