Rusiyada son sutkada 4 945 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 4 945 nəfər koronavirusa yoluxub
# 11 avqust 2020 11:38 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 4 945 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 897 599 nəfərə çatıb.

Son sutka ərzində 130 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 15 131 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR