Rusiyada son sutkada 456 nəfər koronavirusdan vəfat edib

Rusiyada son sutkada 456 nəfər koronavirusdan vəfat edib
# 10 yanvar 2021 12:43 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 22 851 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 3 401 954 nəfərə çatıb.

Son sutka ərzində 456 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 61 837 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR