Rusiyada son sutkada 5 061 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutkada 5 061 nəfər COVID-19-a yoluxub
# 15 avqust 2020 11:48 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 5 061 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 917 884 nəfərə çatıb.

Son sutka ərzində 119 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 15 617 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR