Rusiyada son sutkada 5 159 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutkada 5 159 nəfər COVID-19-a yoluxub
# 04 avqust 2020 11:33 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 5 159 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 861 423 nəfərə çatıb.

Son sutka ərzində 144 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 14 351 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 661 471 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR