Rusiyada son sutkada 553 nəfər koronavirusdan ölüb

Rusiyada son sutkada 553 nəfər koronavirusdan ölüb
# 11 fevral 2021 12:03 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 15 038 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 027 748 nəfərə çatıb.

Son sutka ərzində 553 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 78 687 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR