Rusiyada son sutkada 5670 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 5670 nəfər koronavirusa yoluxub
# 16 sentyabr 2020 11:32 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 5670 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1079519 nəfərə çatıb.

Son sutka ərzində 132 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 18 917 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR