Rusiyada son sutkada 6 234 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 6 234 nəfər koronavirusa yoluxub
# 18 iyul 2020 11:35 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 6 234 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 765 437 nəfərə çatıb.

Son sutka ərzində 124 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 12 247 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 546 863 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR