Rusiyada son sutkada COVID-19-dan 394 nəfər ölüb

Rusiyada son sutkada COVID-19-dan 394 nəfər ölüb
# 15 fevral 2021 12:06 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 14 207 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 086 090 nəfərə çatıb.

Son sutka ərzində 394 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 80 520 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR