Rusiyada son sutkada daha 27 328 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada daha 27 328 nəfər koronavirusa yoluxub
# 14 dekabr 2020 12:03 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 27 328 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 681 256 nəfərə çatıb.

Son sutka ərzində 450 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 47 391 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR