Rusiyada son sutkada daha 8 294 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada daha 8 294 nəfər koronavirusa yoluxub
# 07 aprel 2021 12:18 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8 294 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 606 162 nəfərə çatıb.

Son sutka ərzində 374 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 101 480 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR