Rusiyada son sutkada daha 8704 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutkada daha 8704 nəfər COVID-19-a yoluxub
# 10 aprel 2021 12:05 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8704 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 632 688 nəfərə çatıb.

Son sutka ərzində 402 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 102 649 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR