Rusiyada son sutkada koronavirusdan 361 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 361 nəfər ölüb
# 22 mart 2021 12:16 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9284 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 466 153 nəfərə çatıb.

Son sutka ərzində 361 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 95 391 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR