Rusiyada son sutkada koronavirusdan 393 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 393 nəfər ölüb
# 25 mart 2021 12:17 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9221 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla Rusiyada COVID-19-a yoluxanların ümumi sayı 4 492 692 nəfərə çatıb.

Son sutka ərzində 393 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 96 612 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR