Rusiyada son sutkada koronavirusdan 404 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 404 nəfər ölüb
# 15 mart 2021 12:15 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9437 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 400 045 nəfərə çatıb.

Son sutka ərzində 404 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 92 494 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR