Rusiyada son sutkada koronavirusdan 427 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 427 nəfər ölüb
# 23 mart 2021 12:26 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8457 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 474 610 nəfərə çatıb.

Son sutka ərzində 427 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 95 818 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR