Rusiyada son sutkada koronavirusdan 480 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 480 nəfər ölüb
# 20 fevral 2021 12:38 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 12 953 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 151 984 nəfərə çatıb.

Son sutka ərzində 480 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 82 876 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR