Rusiyada son sutkada koronavirusdan 512 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 512 nəfər ölüb
# 30 yanvar 2021 12:14 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 19 032 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 3 832 080 nəfərə çatıb.

Son sutka ərzində 512 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 72 697 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR