Rusiyada son sutkada koronavirusdan 526 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 526 nəfər ölüb
# 03 fevral 2021 12:24 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 16 474 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 901 204 nəfərə çatıb.

Son sutka ərzində 526 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 74 684 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR