Rusiyada terror aktı planlaşdıran İŞİD tərəfdarı saxlanılıb

Rusiyada terror aktı planlaşdıran İŞİD tərəfdarı saxlanılıb
# 17 mart 2021 11:30 (UTC +04:00)

Rusiyanın Adıgey Respublikasında terror aktı planlaşdıran İŞİD tərəfdarı saxlanılıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Saxlanılan şəxsin Orta Asiya respublikalarından birinin vətəndaşı olduğu bildirilib.

O, ticarət mərkəzində partlayış törətməyə hazırlaşdığını etiraf edib.

Saxlanılan şəxsin evində əldə qayırma partlayıcı qurğunun komponentləri İŞİD bayrağı aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR