Rusiyada terror hadisəsinin qarşısı alınıb, 3 yaraqlı öldürülüb

Rusiyada terror hadisəsinin qarşısı alınıb, 3 yaraqlı öldürülüb
# 30 aprel 2020 08:06 (UTC +04:00)

Rusiya Federal Təhlükəzislik Xidmətinin (FTX) əməkdaşları Yekaterinburqun Çkalovski rayonunda anti-terror əməliyyatı keçirərək planlaşdırılmış terror hadisəsinin qarşısını alıb. Əməliyyat zamanı 3 yaraqlı öldürülüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Terrorla Mübarizə Milli Komitəsi məlumat yayıb.

Bildirilib ki, əvvəlcədən hazırlanmış terror aktının qarşısı vaxtında alınıb.

Əməliyyat zamanı ərazidə kustar üsulla hazırlanmış partlayıcı qurğular, silah və sursat aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR