Rusiyada təhsil müəssisəsinə hücum etməyə hazılaşan 18 yaşlı gənc saxlanılıb

Rusiyada təhsil müəssisəsinə hücum etməyə hazılaşan 18 yaşlı gənc saxlanılıb
# 09 dekabr 2020 14:41 (UTC +04:00)

Rusiyanın Tula şəhərində təhsil müəssisəsinə hücum etməyə hazılaşan 18 yaşlı gənc saxlanılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

FTX Tula şəhərində təhsil müəssisəsinə silahlı hücum etməyə hazırlaşan 2002-ci il təvəllüdlü yerli sakini saxlayıb. Onun üzərindən ov silahı, kommunikasiya vasitələri aşkarlanıb”, - deyə məlumatda bildirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR