Rusiyada tibbi maska və əlcək satışına məhdudiyyət qoyulub

Rusiyada tibbi maska və əlcək satışına məhdudiyyət qoyulub
  • Clock-gray 15:13
  • calendar-gray 06 Aprel 2020

Koronavirus pandemiyası fonunda Rusiya hökuməti tibbi maska və əlcək satışına məhdudiyyət tətbiq edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Nazirlər Kabinetinin saytında məlumat yerləşdirilib.

Məlumatda hökumətin tibbi maska və əlcək daxil olmaqla, bir sıra tibbi ləvazimatların topdan və pərakəndə satışına məhdudiyyət tətbiq etdiyi bildirilib.

Sənəddə ancaq farmatsevtika fəaliyyəti ilə məşğul olmağa lisenziyası olan profil təşkilatlara bu məhsulların alış və satışına icazə verildiyi qeyd olunub.

Fərid Əkbərov

Digər xəbərlər