Rusiyada üç nəfərin ölməsi ilə nəticələnən qəzadan əvvəl təyyarə havada başqa təyyarə ilə toqquşub - FOTO - YENİLƏNİB

Rusiyada üç nəfərin ölməsi ilə nəticələnən qəzadan əvvəl təyyarə havada başqa təyyarə ilə toqquşub - FOTO - YENİLƏNİB
  • Clock-gray 18:48
  • calendar-gray 08 Yanvar 2021

Rusiyanın Leninqrad vilayətində yerə çırpılan təyyarənin qəzadan əvvəl havada digər təyyarə ilə toqquşduğu məlum olub.

APA-nın məlumatına görə, bu barədə TASS-a Rusiya Şimal-Qərb Nəqliyyat Prokurorluğundan bildirilib.

“İlkin məlumata görə, “Cessa” təyyarəsinin pilotu uçuş həyata keçirərkən göyərtəsində pilot və iki sərnişin olan “Piper” təyyarəsi onun ardınca uçuş edib. Təyyarələr uçuş zolağı üzərində havada toqquşub. Yüngül mühərrikli “Cessa” təyyarəsi yüngül zədələnib, pilot təhlükəsiz eniş edə bilib. İnsident nəticəsində “Cessa”nın pilotu zərər çəkməyib”, - deyə məlumatda bildirilir..

Prokurorluqdan “Piper” təyyarəsinin yerə çırpılması nəticəsində üç nəfərin həlak olduğunu təsdiqləyiblər.  

Faktla bağlı araşdırmalara başlanılıb.

***

18.26

Rusiyanın Leninqrad vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, “Piper” təyyarəsi vilayətin Lomonosov rayonunun Qostilitsa kəndi yaxınlığında yerə çırpılıb.

Bu gün günorta saatlarında Qostilitsa aerodromundan havaya qalxan təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Mi-8 vertolyotu ilə xilasedicilər cəlb olunub.

Ölənlərdən ikisi kişi, biri qadındır. Yerə çırpılan təyyarə tamamilə dağılıb. Qəzaya uçuş qaydalarının pozulmasının və texniki nasazlığın səbəb ola biləcəyi ehtimal edilir.

O da bildirilib ki, təyyarə özəl olub. Aerodromun ərazisində təlim məşq uşularının keçirildiyi də xəbər verilir.

apa-logo-mini

Digər xəbərlər