Rusiyada üç yük maşını toqquşub, ölən və yaralananlar var

Rusiyada üç yük maşını toqquşub, ölən və yaralananlar var
# 28 fevral 2021 02:18 (UTC +04:00)

Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhəri yaxınlığında üç yük maşınının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

APA Başqırdıstan Dövlət Yol Müfəttişliyinin məlumatına istinadən xəbər verir ki, hadisə İqlinsky rayonunda, Samara-Ufa-Çelyabinsk yolunun 1519-cu kilometrliyində qeydə alınıb.

Qəza nəticəsində “KamAZ”ın sürücüsü aldığı xəsarətdən hadisə yerində ölüb. Digər sürücülər yaralanıb. Qəzada xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları hadisə yerinə cəlb edilib. Faktın səbəbini araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR