Rusiyada üzərində zorakılıq əlamətləri olan 1 qadın və 3 uşağın cəsədi tapılıb

Rusiyada üzərində zorakılıq əlamətləri olan 1 qadın və 3 uşağın cəsədi tapılıb
  • Clock-gray 01:12
  • calendar-gray 08 Mart 2021

Moskvaətrafı Likino-Dulyovodakı mənzillərdən birində üzərində zorakılıq əlamətləri olan 45 yaşlı 1 qadın və 3 uşaq meyiti tapılıb.

APA xəbər verir ki, bu barədə  Moskva vilayət İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Uşaqlardan ikisi 8, biri isə 2 yaşındadır. Cəsədlərin üzərində çoxsaylı bıçaq xəsarətləri aşkarlanıb.

Vilayət prokurorunun müavinləri Oleq Çerskov və Orexovo-Zuevski şəhər prokuroru Vladimir Busıqın hadisənin baş verdiyi əraziyə gediblər.

Faktla bağlı cinayət işi açılıb. 

 

apa-logo-mini

Digər xəbərlər