Rusiyada yanacaqdoldurma məntəqəsində partlayış olub, 13 nəfər yaralanıb - VİDEO

Rusiyada yanacaqdoldurma məntəqəsində partlayış olub, 13 nəfər yaralanıb - VİDEO
# 10 avqust 2020 16:56 (UTC +04:00)

Rusiyanın Volqoqrad şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 13 nəfər xəsarət alıb.

Yaralılardan birinin vəziyyəti ağırdır.

Bildirilib ki, yanacaqdoldurma məntəqəsində yanğını söndürərkən baş verən partlayışda 4 yanğınsöndürən xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR