Rusiyada yanğın zamanı 3 uşaq ölüb

Rusiyada yanğın zamanı 3 uşaq ölüb
# 08 mart 2020 12:40 (UTC +04:00)

Rusiyanın Xantı-Mansiysk Muxtar Vilayətində fərdi evdə baş verən yanğın nəticəsində üç uşaq ölüb.

APA “RİA Novosti”-yə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar cinayət işi açılıb.

Xilasedicilər yanğını 20 dəqiqə ərzində söndürə biliblər. Uşaqlardan biri xəstəxanaya çatdırılıb, lakin onun da həyatını xilas etmək mümkün olmayıb.

Versiyalardan biri budur ki, yanğın elektrik şəbəkələrinin istismarı qaydalarının pozulması səbəbindən baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR