Rusiyada yanğında 8 nəfər ölüb

Rusiyada yanğında 8 nəfər ölüb
# 07 yanvar 2020 13:47 (UTC +04:00)

Rusiyada ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Moskva ətrafında, Ramensk rayonunun Nesterovo kəndində yerləşən məişət otağında qeydə alınıb.

Yanğın nəticəsində 8 nəfər miqrant ölüb. İlkin ehtimala görə, ölənlər Tacikistan vətəndaşlarıdır.

Yanğın məhdudlaşdırılıb, hadisənin baş verməsinə qısa qapanmanın səbəb olduğu ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR