Rusiyada yanğında ata və iki azyaşlı övladı ölüb

Rusiyada yanğında ata və iki azyaşlı övladı ölüb
# 23 noyabr 2019 14:09 (UTC +04:00)

Rusiyanın Xakasiyad respublikasında fərdi evdə baş verən yanğında ata və iki uşağı ölüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə polis məlumat yayıb.

"Noyabrın 22-də saat 23:50 radələrində Xakasiyanın Askiz rayonunun Beltirskoy kəndində fərdi evdə baş verən yanğın 7 yaşlı qız, 3 yaşlı oğlan və onların 42 yaşlı atasının ölümünə səbəb olub", - deyə məlumatda qeyd olunub.

İlkin ehtimala görə, yanğın elektrik naqqillərindəki nasazlığa görə baş verib.

Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR