Rusiyada yanğında dördü azyaşlı olmaqla 6 nəfər ölüb

Rusiyada yanğında dördü azyaşlı olmaqla 6 nəfər ölüb
# 13 dekabr 2019 11:50 (UTC +04:00)

Rusiyanın Altay diyarında yerləşən evlərdən birində yanğın baş verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, səhər saatlarında Zavyalovski rayonunda baş verən yanğında 6 nəfər ölüb, onlardan dördü azyaşlıdır.

Əraziyə yanğınsöndürənlər cəlb edilib, faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR