Rusiyada yaşayış binasında güclü partlayış baş verib, 1 uşaq ağır xəsarət alıb - FOTO

Rusiyada yaşayış binasında güclü partlayış baş verib, 1 uşaq ağır xəsarət alıb - FOTO
# 30 noyabr 2020 02:10 (UTC +04:00)

Rusiyanın Leninqrad vilayətində 12 mərtəbəli yaşayış binasınında güclü partlayış baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko bildirib.

Hadisə Vsevolojsk şəhərinin “Yujnı” mikrorayonunda qeydə alınıb. Hadisə nəticəsində 1 uşağın ağır yaralandığı bildirilib. 40 bina sakini təxliyə edilib.

Partlayış binanın son mərtəbəsində - 204-cü mənzildə baş verib. Alov 10 kvadratmetr sahəni əhatə edib. Zərbənin gücündən 204 və 205-ci mənzillər arasındakı divarlar çatlayıb. İlkin məlumata görə, partlayışa səbəb qazsızması olub.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR