Rusiyada yol qəzasında 2 nəfər ölüb, 38 nəfər yaralanıb

Rusiyada yol qəzasında 2 nəfər ölüb, 38 nəfər yaralanıb
# 10 fevral 2020 06:22 (UTC +04:00)

Rusiyanın Kuzbas bölgəsində sərnişin avtobusu ilə yük maşını toqquşub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Kemerovo-Anjero-Sudjensk yolunun 60-cı km-də baş verən hadisə nəticəsində 2 nəfər ölüb, 38 nəfər yaralanıb.

Regional Tibb Mərkəzindən bildirilib ki, yaralılardan 15 nəfəri xəstəxanaya yerləşdirilib.

Sərnişinlərdən 23 nəfəri ambulator müalicəyə göndərilib.

Həkimlərin dediyinə görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır, o, Kemerovo xəstəxanasına aparılıb. 9 nəfərin orta dərəcəli xəsarət aldığı bildirilir.

İlkin məlumatlara görə, yük maşınının sürücüsü idarəetməni itirib, qarşıdakı zolağa çıxaraq sərnişin avtobusuna çırpılıb. Avtobusda 51 nəfər olub. Yük maşını sürücüsü hadisə yerində, sərnişinlərdən biri isə xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR