Rusiyada yol qəzasında üç nəfər ölüb, dörd nəfər xəsarət alıb

Rusiyada yol qəzasında üç nəfər ölüb, dörd nəfər xəsarət alıb
# 18 yanvar 2020 12:47 (UTC +04:00)

Rusiyada üç nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Krasnodar diyarında yolun buz bağlaması səbəbindən iki avtomobil qarşı qarşıya toqquşub.

“VAZ 2106” markalı avtomobil sürüşkən yolda idarəetmədən çıxaraq əks istiqamətdə hərəkətdə olan “VAZ 2107” markalı avtomobillə toqquşub.

Toqquşma nəticəsində “VAZ 2107”-nin sürücüsü və sərnişini, “VAZ 2106”-nın isə sürücüsü hadisə yerində ölüb, dörd sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə əməliyyat-istintaq qrupu cəlb olunub, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR