Rusiyada zavodda partlayış olub, 5 Türkiyə vətəndaşı ölüb - YENİLƏNİB

 Rusiyada zavodda partlayış olub, 5 Türkiyə vətəndaşı ölüb - YENİLƏNİB
# 31 yanvar 2020 15:46 (UTC +04:00)

Rusiyanın Orlov vilayətində rezin zavodunda baş vermiş partlayış nəticəsində ölənlərin hamısı Türkiyə vətəndaşı olub.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Orlov vilayətinin qubernatoru Andrey Klışkov "Rossiya 24" kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, partlayış nəticəsində 5 nəfər həyatını itirib.

***

saat 12:37

Bu gün Rusiyanın Orlov vilayətində zavodda partlayış baş verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə vilayətin Mçensk şəhərində qeydə alınıb.

Bildirilib ki, hadisə nəticəsində zavodun tavanı çöküb, 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Bir nəfər isə dağıntılar altında qalıb.

Hadisənin baş vermə səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR