Rusiyanın ABŞ-dakı səfiri XİN-də iki saatdan çox məsləhətləşmələr aparıb

Rusiyanın ABŞ-dakı səfiri XİN-də iki saatdan çox məsləhətləşmələr aparıb
# 22 mart 2021 14:47 (UTC +04:00)

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov məsləhətləşmələr üçün Rusiya Xarici işlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, səfirin XİN-dəki məsləhətləşmələri iki saatdan çox çəkib.

Məsləhətləşmələr bitəndən sonra Anatoli Antonov XİN binasının əsas çıxışında onu mətbuat nümayəndələrinin gözlədiyi zalda görünüb. Lakin o, jurnalistlərə açıqlama verməyərək XİN-in binasını tərk edib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden ABC telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putini “qatil” və “ruhsuz” adlandırıb. Bundan sonra isə iki ölkə arasında diplomatik qalmaqal yaşanıb. Rusiya ABŞ-dakı səfirini məsləhətləşmələr üçün Moskvaya çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR