Rusiyanın Belarusda yeni səfiri təyin olunub

Rusiyanın Belarusda yeni səfiri təyin olunub
# 25 mart 2021 22:20 (UTC +04:00)

Vladimir Putin Yevgeni Lukyanovu Rusiyanın Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Putin fərman imzalayıb.

Qeyd edək ki, bu təyinata qədər Yevgeni Lukyanov Rusiyanın Latviyadakı səfiri idi.

Xatırladaq ki, Rusiyanın Belarusdakı səfiri vəzifəsini son 2 ildə Dmitri Mezentsev icra edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR